Prezident İlham Əliyev: \"Azərbaycan regionda sabitləşdirici rol oynayır\"

Prezident İlham Əliyev: \

Hər bir beynəlxalq forum vacibdir və dünyada qəbul olunacaq bütün qərarlar bu cür forumlarda müzakirə olunan mövzulardan asılıdır.

Sfera.az  Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

İlham Əliyev qeyd edib ki, Qlobal Bakı Forumu Azərbaycanda birinci dəfə deyil ki, keçirilir və artıq ənənəyə çevrilib.

Dövlət başçısı forumun 50-dən çox ölkəni təmsil edən 260-dan çox qonağını salamlayıb: "Azərbaycan müstəqil dövlət kimi nisbətən gəncdir. Ötən il biz dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini qeyd etdik. Bizim fəaliyyətimiz, ölkədə həyata keçirdiyimiz layihələr bütün regiona müsbət təsir göstərir və bu, Azərbaycanın dünyaya təqdim olunması vasitələrindən biridir".

Prezident vurğulayıb ki, bundan əvvəlki Bakı Forumundan bəri dünya heç də daha təhlükəsiz yerə çevrilməyib: "Regionumuzda hələ də həlli uzanmış münaqişələr, qarşıdurmalar, müharibələr mövcuddur. Bu, əlbəttə ki, çox təhlükəli tendensiyadır".

İlham Əliyev qeyd edib ki, Azərbaycan öz regionunda mühüm sabitləşdirici amil rolunu oynayır və ölkənin təşəbbüsləri regional əməkdaşlığa istiqamətlənib.


OXŞAR XƏBƏRLƏR