Prezident İlham Əliyev: “Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır” - VİDEO
Hazırda Azərbaycan ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Silahli qüvvələr günü ərəfəsində Şirvan şəhərinə səfər edən prezident İlham Əliyev hərbi sənaye müəssisəsinin açılışında belə deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan həm daxili istehsal, həmdə xaricdən alınan silah və hərbi avadanlıqlar hesabına hərbi qüdrətini daha da artıracaq. Müharibə şəraitində olmağımız bunu labüd edir.
Prezident İlham Əliyev Şirvan şəhərinə səfərinə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlayıb. Burada abidə ətrafında habelə şəhərdə görülmüş abadlıq işləri ilə bağlı dövlət başçısına ətraflı məlumat verilib.
Sonra prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, o cümlədən elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib. hərbi hissədə yaradılan şəraitlər tanış olan ali baş komandan Daxili Qoşunların hərbi silah-sursat və texnikası ilə tanış olub.
Dövlət başçısı Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin Şirvan şəhərindəki tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında iştirak edib.
Zavodun yaradılmasında əsas məqsəd tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.
Dövlət başçısı zavodu işə salıb.
Zavodda 170 yeni iş yeri yaradılıb. Bütün işçilərə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Burada ilk mərhələdə istehsal olunan mərmilər ördumuzn təlabatını tam ödəyəcək. Tələbət olacağı təqdirdə ixrac üçün istehsalı artırmaq imkanları da mövcuddur.
Ali Baş Komandan həm də qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində olub.
Bu zavodda isə 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil ediləcək.
Bu silah 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Burada isə 40 nəfər işlə təmin olunub. müəssənin istehsal gücü illik 15 min atəş yığımı təşkil edir. Müəssisələrlə tanışlıqdan sonra prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşüb. Prezident bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək olub və qısa müddətdə buna nail olunub. Azərbaycan dünya miqyasında artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır. Ölkəmizdə iki dəfə keçirilmiş beynəlxalq hərbi sərgilərddə bunu sübut edir. ali başp komandan bildirib ki, Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına azərbaycan öz gücünü artırır. Azərbaycanın büdcəsində hərbi xərclər əsas yeri tutur. Bunun əsas səbəbi isə müharibə şəraitində olmağımızdır. Azərbaycan işğal edilmiş torpaqları öz hərbi yolla azad etməyə daim hazır olmalıdır. Ötən ilki aprel döyüşlərinə də toxunan dövlət başçısı artıq təmas xəttində üstünlüyün Azərbaycan tərəfində olduğunu bildirb. Prezident bildirib ki, baxmayaraq ki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Amma hazırda dünyada güc amili əsas rol oynayır. Məqsədimizə nail olmaq üçün biz daha da güclü olmalıyıq.
Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması mərasimi olub.