Prezident İlham Əliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin Prezident İlham Əliyevə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərini çatdırdı və təşkil olunmuş rəsmi qəbulda iştirak etdiyini vurğulayaraq dövlətimizin başçısının tədbirdə söylədiyi nitqin əhəmiyyətini qeyd etdi. O, tədbir iştirakçılarının Prezident İlham Əliyevın nitqini böyük maraqla izlədiklərini dedi. Kristian Viqenin Prezident İlham Əliyevin atdığı addımların Azərbaycanın beynəlxalq arenada böyük nüfuz qazanmasına xidmət etdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələlərindən danışdı.

Söhbət zamanı Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq əlaqələri müzakirə edildi, bu əməkdaşlığın hazırkı vəziyyətinin məmnunluq doğurduğu bildirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, son danışıqlar prosesi və münaqişənin həllinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...