Prezident İlham Əliyev açılış etdi - VİDEO

Prezident İlham Əliyev açılış etdi -  VİDEO

Prezident İlham Əliyev bilik günündə Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib. Döçvlət başçısı məktəbin kollektivi qarşısında çıxış edib.

Dövlət başçısı əsaslı təmir olunan 148 nömrəli məktəbin açılışını bildirən lenti kəsib.

Məktəbin əsas binası sökülərək əvəzində yenisi inşa olunub, əlavə korpus isə əsaslı təmir edilib. Üçmərtəbəli binanın yeni korpusunda 22, əlavə korpusunda isə 18 sinif otağı var. Burada fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq fənn kabinetləri, əmək təlimi otaqları var. Məktəbin binasında kitabxana, akt və idman zalları, linqafon, tibb, musiqi və rəsm otaqları yaradılıb.

Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev təhsil ocağının müəllim və şagirdləri ilə görüşüb, kollektiv qarşısında çıxış edib. Prezident bildirib ki, son illər ərzində təhsil ocaqlarının maddi texniki bazasının yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir.

Prezident çıxış zamanı sağlam vətənpərvər nəslin yetişməsində təhsilin əvzəsiz rolundan bəhs edib. Məhz belə nəslin yetiməsi öləkmizi yad təsirlərdən qoruyacaq. Dövlət başçısı deyib ki, Azərbaycan bu gün dünyada inkişafla bağlı öz modelini ortaya qoyub. Bu müstəqil siyasət isə bir sıra xarici dairələr tərəfində hezm edilmir.

Prezident Azərbaycanla təzyiq dilində danışmaq istəyən ölkələrdəki vəziyyətə də toxunub. Avropada miqrantlara qarşı münasibəti tənqid edib. Bunu mənəvi sarsıntı adlandırıb.

Prezident bildirib ki, Azərbaycan ona qarşı yönələn təzyiqlərə qarşı hazırlıqlıdır və öz müstəqil siyasətindən geri çəkilməyəcək. Bütün Azərbaycan ictimaiyyəti bilməlidir ki, Azərbaycan dövləti Azərbaycan xalqının seçimini müdafiə edəcək.


OXŞAR XƏBƏRLƏR