Sİyasət

Prezident İlham Əliyev 3 rayona yeni icra başçısı təyin etdi - VİDEO

Prezident İlham Əliyev 3 rayona yeni icra başçısı təyin etdi - VİDEO
 
Prezident Səbail, Beyləqan və Şamaxı rayonlarına yeni icra başçıları təyin edib. Sfera.az "Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin, Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin, Tahir Nadir oğlu Məmmədovun isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Asif Əzizağa oğlu Ağayev bu günə qədər Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin sərəncamı ilə Səbail rayonuna icra başçısı təyin olunan Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yeni başçı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur. Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, AMEA-nın "Akademiya" və Azərbaycan Diplomatiya Akademiyasının Kitab Mərkəzində direktor vəzifəsində çalışıb. V.Zeynalov daha sonra Nizami Kino Mərkəzinin direktoru olub. 2015-ci ilin 28 dekabr tarixindən bu günə qədər isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
 

AdRiver

XƏBƏR LENTİ