Prezident icra başçısını vəzifədən azad etdi: Səlim Müslümovun dayısını bu şəxs əvəzlədi

Prezident icra başçısını vəzifədən azad etdi: Səlim Müslümovun dayısını bu şəxs əvəzlədi

Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Sfera.az xatırladır ki, vəzifədən azad edilən Ənvər Qasım oğlu Seyidəliyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.


 


OXŞAR XƏBƏRLƏR