Prezident icra başçıları ilə bağlı sərt qərarlar verə bilər - AÇIQLAMA

Prezident icra başçıları ilə bağlı sərt qərarlar verə bilər - AÇIQLAMA
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı icra başçılarını, mərmurları sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb:
 
"İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.
 
Qaynarinfo.Az xəbər verir ki, feputat Zahid Oruc da modern.az-a açıqlamasında Prezidentin siyasi iradəsinə, göstəriş və tövsiyələrinə qarşı gedənlərin cəzalandırılacağını istisna etməyib.
 
"Büdcə hesabına iş görmək böyük hünər deyil!”

Z.Oruc qeyd edib ki, neftə alternativ iqtisadiyyatın yaradılması yönündə atılacaq addımlar sırasında regionların xüsusi aktivliyinə nail olmaq vacib vəzifədir: "Nəzərə alın ki, subsidiyalaşma, büdcədən asılılıq qalmaqda davam edir. Əvvəla, gəlirlər hissəsində Azərbaycan rayonları çox aşağı göstəriciyə malikdir. Əsasən ölkə iqtisadiyyatı ya Xəzər dənizi üzərində, ya paytaxtın ətrafında təmərküzləşib. Bu xeyli proporsionallıq deməkdir. İqtisadiyyat isə şaxələnməni tələb edir. Biz qeyd edirik ki, yalnız 6 rayon büdcədən hansısa yardım, dotasiya almır. Rayonların iqtisadi, maliyyə müstəqilliyinə nail olmadan ölkənin güclü inkişafını təmin etmək çox çətindir. Çünki beynəlxalq bazarda, neft sektorunda, birjalarda titrəmələr baş verən kimi avtomatik olaraq həmin ölkələrə təsir edir. Aqrar sektoru ayağa qaldırmadan dediyimiz xarici təsirlərə sinə gərmək qeyri-mümkündür.
 
Ona görə də cənab Prezident çox haqlı olaraq söyləmişdi ki, rayon rəhbərlərinin işinə qiymət məhz xarici investisiyanın cəlbi, yeni yaradılan iş yerlərinin sayı, idarəetmənin müasirləşdirilməsi əhalinin çağırışlarına cavab verməklə müəyyənləşəcək. Bu çox düzgün bir yanaşmadır, yaxşı bir parametrlər toplusudur. Yoxsa, hər ilin qəbulunda büdcə sənədi əsasında paytaxtdan göndəriləcək vəsaitləri müxtəlif təşkilatlara yönəltmək heç bir halda böyük idarəetmə hünəri sayılmır”.
 
"O bölgələrdə təhsil, mədəniyyət, səhiyyə sahələrinə maliyyə yardımı ayrılırsa...”

Deputatın  2017-ci ilin dövlət büdcəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən dotasiya almayacaq şəhər və rayonların sayının 34-ə çatdırılması haqda xatırlatmamıza cavabı belə olub: "Görünən odur ki, verilmiş izahlara rəğmən bu siyahı ilə bağlı yanlış qənaətlər yaranıb. Bir çoxları hesab edirdi ki, bu, həmin bölgələri maliyyə sistemindən kənara atmaq, həyatın sərt-sosial sınaqları ilə üz-üzə qoymaq deməkdir. Əslində isə belə deyil. Çünki təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin maliyyələşməsi zonalar üzrə əvvəlki qaydada aparılmaqdadır. Ona görə də siyahıda adı olan bölgələr fərqli maddələr və sahələr üzrə büdcədən bir şəkildə yardım alır. Bu onların birdən-birə inkişafa nail olmaqla öz gəlirləri hesabına formalaşması anlamına gəlmir. Söhbət həmin bölgələrin Abşeron, Bakı və s. kimi səviyyəsində büdcədən asılılığının aradan qalxmasından getmir”.
 
"Ölkə başçısı icra başçıları ilə bağlı sərt qərarlar verməli olacaq”
 
Z. Orucun qənaətinə görə, ölkə başçısının qoyduğu kriteriyalar çox önəmlidir: "Sonuncu yanvar müşavirəsində də həmin açıqlama prinsipial olaraq vurğulandı. Bu çox vacib  bir məsələdir. Əgər həqiqətən də hər bir icra başçısı bölgədəki sahibkarlar sistemini ayağa qaldıraraq, onların aktiv işinə meydan tanıyacaqsa, bu vasitə ilə onların beynəlxalq layihələrdən, kreditlərdən bəhrələnmək imkanına kömək edəcəksə, texnikanın, texnologiyanın, menecmentin həmin bölgələrə gətirilməsində yaxından iştirak edəcəksə, hər hansı sahibkarın işinə mane olmayacaqlarsa, bu avtomatik olaraq həmin yerdə iş yerlərinin artmasına müsbət təsir edəcək. Həmin icra hakimiyyətlərinin yükünün azalmasında rol oynayacaq. Vətəndaş bölgədən paytaxta, müxtəlif hökumət və dövlət orqanlarının qapısını döyməyə gəlməyəcək. Əksinə olacaqsa, cənab İlham Əliyev icra başçıları ilə bağlı sərt qərarlar verməli olacaq”.

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...