Prezident “Diqlas”dakı yanğınla bağlı sərəncam imzaladı

Prezident “Diqlas”dakı yanğınla bağlı sərəncam imzaladı
Martın 28-də Prezident İlham Əliyev Bakının Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda martın 26-da "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəydiyi qeyd olunub.

Hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinə "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə tapşırıq verilib. Nazirlər Kabinetinə, həmçinin görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. 

OXŞAR XƏBƏRLƏR