Prezident çox kökəlib, müalicə olunur

Prezident çox kökəlib, müalicə olunur

Şimali Koreyanın qalmaqallarla yadda qalan prezidenti Kim Çen In barəsində növbəti iddia yayılıb.

 Anspress xəbər verir ki, həddindən çox kökələn Inın səhhətində ciddi problemlərin yarandığı bildirilir. Əldə olunan ən son məlumata görə, 32 yaşlı Şimali Koreya liderinin çəkisi 130 kiloqramı keçib.

Cənubi Koreya və Yaponiya qəzetlərinin iddiasına görə, Kim 2013-cü ildə öz əmisinin oğlu Çanq Sını edam etdirdikdən sonra əsəb gərginliyi keçirib və bu vəziyyət onun kökəlməsindəki əsas amillərdən biridir.

“The Japan Times” qəzeti gənc prezidentin yeyib içməsinə diqqət etmədiyini, həkimlərini dinləmədiyini və öz həyatını təhlükəyə atdığını yazır. 2014-cü ildə mədə kiçiltmə əməliyyatı (Sleeve gastrektomiya) keçirən liderin bədəni bu tibbi müdaxiləyə mənfi reaksiya göstərib və bu, yeni xəstəliklərin də başlanğıcı olub.

Həddindən çox siqaret çəkən və alkoqol qəbul edən Kim Çen Inın bir çox dəfə tibbi əməliyyat keçirdiyi, belə davam edəcəyi təqdirdə həyati təhlükə ilə üzləşəcəyi bildirilir. İngiltərədə nəşr olunan “The Mirror” qəzeti hələ ötən il Kim Çen Inın həddindən çox ət, alkoqol və siqaret qəbul etdityini, bu səbəbdən də qaraciyərində və mədəsində ciddi problemlər olduğunu yazmışdı.

Kim Çen Inın atası Kim Çen İrin 13 il aşpazı olmuş və 2011-ci ildə ölkədən ayrılaraq Yaponiyada yaşamağa başlayan Kenji Fujimoto yapon qəzetlərindən birinə maraqlı açıqlamalar verib. Fujimoto Inın yemək aludəçisi olduğunu, miqdarına və səhhətinə baxmadan hər şeyi yediyini bildirib.

Kim Çen Inın kökəlməsinə növbəti səbəb kimi isə həddindən çox yediyi İsveçrənin məşhur“Emmental” pendiri göstərilir. Hələ uşaqlıq illərində İsveçrədə gördüyü bu pendirdən əl çəkməyən liderdə bu ərzaqın istehlakı illər sonra xəstəlik səıviyyəsinə çatıb. Onun kökəlməsinin səbəblərindən birinin də bu pendir olduğu iddia olunur.

Koreya Beynəlxalq İqtisadiyyatvə Politologiya institutunun mütəxəssisi Ço Munq-çul bildirir ki, cənubi koreyalılar üçün arıq olmaq, şimali koreyalılar üçün isə əksinə kök olmaq çox önəmlidir. Mütəxəssisi Kim Çen Inın məqsədyönlü şəkildə, babası Kim İr Senə oxşamaq üçün kökəlmək istəmiş ola biləcəyini deyib.

Aysel


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...