Prezident cərimələri təsdiq etdi – Vəzifəli şəxslər min manata qədər...

Prezident cərimələri təsdiq etdi – Vəzifəli şəxslər min manata qədər...
 

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiq edib.

 

Sfera.az xəbər verir ki, dəyişiklik "Daşınar əmlakın yüklülüyü haqqında” Qanununun icrası ilə əlaqədar edilib.

Məcəllənin 43.1-ci maddəsinə "438.3,” rəqəmlərindən sonra "440-1,” rəqəmləri əlavə edilib.

 

54.2-ci maddəyə "410.3,” rəqəmlərindən sonra "440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3,” sözləri əlavə edilib.

 

Həmçinin, aşağıdakı məzmunda 440-1-ci maddə əlavə olunub.

 

"Maddə 440-1. Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyin pozulması

 

440-1.1. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə -

 

fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.

 

440-1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə -

 

vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.

 

440-1.3. "Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -

 

vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir”.


OXŞAR XƏBƏRLƏR