Prezident BP-nin baş icraçı direktorunu təltif etdi

Prezident BP-nin baş icraçı direktorunu təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Sfera.az xəbər verir ki, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulanıb, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunib ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycan ilə BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycan Respublikasının "Dostluq” ordeni ilə təltif olunduğunu bildirdi və ordeni ona təqdim edib.

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...