Prezident Azərbaycan-Rusiya əlaqələrindən danışıb

Prezident Azərbaycan-Rusiya əlaqələrindən danışıb

Azərbaycan prezidenti İlham Əliyev VI Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

“Hörmətli forum iştirakçıları! VI Rusiya-Azərbaycan Regionlararası Forumunun işə başlaması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əlamətdar haldır ki, bu il həmin forum Yekaterinburqda – ölkəmizlə ənənəvi sıx ticari-iqtisadi və humanitar əlaqələri olan Sverdlovsk vilayətinin inzibati mərkəzində keçirilir. Bu əlaqələrin qorunub saxlanmasında və möhkəmlənməsində regionun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən çoxsaylı Azərbaycan diasporunun nümayəndələri mühüm rol oynayır.

Fərəhli haldır ki, regionlararası forumlar nisbətən qısa zaman kəsiyində özünün həyat qabiliyyətini və səmərəliliyini sübut edib. Bu forumlar haqlı olaraq tələbat duyulan elə məkan hesab edilir ki, orada mövqelər əlaqələndirilir, birgə fəaliyyət üçün səylər cəmləşir, işgüzar əlaqələr tənzimlənir və onların genişləndirilməsi perspektivləri müzakirə edilir. Başqa sözlə desək, bu görüşlərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələr yaratmağa imkan verən konstruktiv və açıq dialoq aparılır.

Forumun formatı ticari-iqtisadi və investisiya tərəfdaşlığından başlamış humanitar sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin geniş dairəsini nəzərdən keçirməyə imkan verir. Təqdirəlayiq fakt ondan ibarətdir ki, bu dəfəki tədbir çərçivəsində hər iki tərəfdən olan tələbələrin, gənc alimlərin və sahibkarların iştirakı ilə ayrıca “dəyirmi masa” təşkil edilib. Bu cür dialoq platforması həm əməkdaşlığın daha səmərəli formalarını və istiqamətlərini axtarmağa kömək edir, həm də gənclər arasında yeni dostlar və həmfikirlər qazanmağa şərait yaradır. Sirr deyil ki, dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin inkişaf perspektivləri məhz yüksək intellektə və kommunikabelliyə malik olan bugünkü gənc nəsildən asılıdır.

Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək məmnunluqla qeyd etmək olar ki, birgə səylərimiz sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Əminəm ki, sizin nüfuzlu forumunuz inteqrasiya proseslərinin dərinləşməsinə və iki ölkənin daha da yaxınlaşmasına yeni təkan verəcək”.


OXŞAR XƏBƏRLƏR

Blinkenin Çin səfərindən GÖZLƏNTİLƏR: XİN başçısı ilə nələr müzakirə ediləcək?

ABŞ dövlət katibi Antoni Blinken rəsmi səfər çərçivəsində Çinin şərqindəki Şanxaya gəlib.   Sfera.az bildirir ki, o, sabah paytaxt Pekində Çinin xari...

Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışlayıb. Sfera.az xarici mediaya ...

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...