Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR
Xəbər verdiyimiz kimi, Milli Məclisin bugünkü iclasında Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə edilib. Layihəyə əsasən "Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur. Dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.

Xatırladaq ki, bu ilin iyun ayında Prezident Adminstrasiyasında müşavirlik institutu ləğv olunmuşdu. İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri Vahid Axundov və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla vəzifələrini itirmişdi.

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Qeyd edək ki, Vahid Axundov hakimiyyətin yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında ən yaşlılardan biriydi. O, 4 iqtidarın prezidentiylə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşdü.

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

İndiəyədək Prezidentin istisadi islahatlar üzrə müşaviri olmuş Natiq Əmirov isə İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri – Prezidentin köməkçisi təyin olunmuşdu.

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Prezidentin digər müşaviri – humanitar məsələlər üzrə şöbə müdiri Fatma Abdullazadə də tutduğu vəzifədən kənarlaşdırılmışdı.

Prezident Aparatında vəzifələrini itirən məmurların SİYAHISI - FOTOLAR

Mənbə: a24.az
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Borcu ödəməmək üçün tanışını öldürüb

Ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Zamiq Cabbarovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamam...

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...