Prezident Akif Əlizadəni təltif etdi
Cəmiyyət
16:55 / 23.10.2019
2009
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akif Ağa Mehdi oğlu Əlizadənin 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında elmin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Ağa Mehdi oğlu Əlizadə 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.