Prezident ADNA-nın adını dəyişdirdi - Yeni rektor təyin etdi
Cəmiyyət
15:02 / 03.09.2015
1497
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılsın”.
***
Prezidentin digər sərəncamı ilə Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.