Prezident Administrasiyasında iki şöbə müdiri vəzifəsi boşdur

Prezident Administrasiyasında iki şöbə müdiri vəzifəsi boşdur

Baş nazir vəzifəsinə təsdiqlənən Əli Əsədovun adı Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri siyahısından çıxarılıb.

Sfera.az-ın xəbərinə görə, Prezident Administrasiyasının saytında bu vəzifədə olan şəxsin adı göstərilməyib.

Qeyd edək ki, oktyabrın 8-də Milli Məclis Əli Əsədovun Baş nazir təyin olunmasına razılıq verdi.

Prezident İlham Əliyev isə Əli Əsədovun Baş nazir təyin olunması ilə bağlı sərəncam imzaladı.

Ə.Əsədov Baş nazir postuna gətirilənə qədər Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsini tuturdu.

Bununla yanaşı, Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə də hələlik təyinat olmayıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR