AZƏRBAYCANDA BOŞ QALAN YÜKSƏK MƏMUR POSTLARI (SİYAHI)

AZƏRBAYCANDA BOŞ QALAN YÜKSƏK MƏMUR POSTLARI (SİYAHI)

Hazırda dövlət orqanlarında bir neçə boş məmur vəzifəsi var və onlara təyinatların nə vaxt reallaşacağı bəlli deyil. Bu təyinatlardan bəziləri birbaşa prezidentin səlahiyyətlərinə daxildir, bəzilərində isə İcra Hakimiyyəti başçıları təyinatlar etməlidir. "Qaynarinfo" boş qalmış məmur postlarını təqdim edir.

Boş qalan ən böyük məmur postu nazir vəzifəsidir. Belə ki, enrgetika naziri Natiq Əliyev bu ilin iyun ayının 8-də İstanbulda vəfat edib. Bundan sonra energetika naziri postuna təyinat olmayıb. Bu nazirliyin ləğv olunacağını proqonozlaşdıranlar da var. Amma bu məsələlər birbaşa prezidentin səlahiyyətinə daxildir və hansı qərarın veriləcəyini proqnozlaşdırmaq mümkün deyil.

 

Hazırda Prezident Administrasiyasında 3 şöbənin müdiri vəzifəsi boşdur. Bunlardan ikisi prezidentin iyunun 1-də imzaladığı sturuktur islahatları ilə bağlı sərəncamdan sonra boş qalıb. Daha bir şöbəsi bu zaman yaradılıb.

Boş qalan postlardan biri Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsidir. Bu vəzifəni son olaraq Fatma Abdullazadə tutub. Amma prezidentin iyunun 1-də imzaladığı sərəncamla ona vəzifə verilməyib.

 

Bununla yanaşı, həmin vaxtdan Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsi boşdur. Bu postu tutan Kamal Abdullazədə sonradan Azərbaycan Dillər Universitetinə rektor təyin edilib.


İyunun 1-də imzalanan sərəncamla Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi yaradılıb. Şöbəy hələlik təyinat olmayıb.

 

Hazırda Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Son icra başçısı İbrahim Mehdiyev iyulun 1-də prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunub. Buna səbəb dövlət başçısının tapşırığının əksinə olaraq yenisi tikilmədən "Sovetski"dəki Hacı Cavad məscidinin sökülməsi olub.

 


Prezident İlham Əliyev iyulun 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağrış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovu işdən çıxarıb. Buna səbəb onun oğlunun avtobus sürücüsünü döyməsi olub. 

 

Prezident İlham Əliyev iyulun 11-də Dövlət Sərhəd Xidmətinin Miqrasiya və Sərhəd Nəzarəti İdarəsinin rəisi Akif Şəfiyevi hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıb. Dövlət başçısı həmçinin onu 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Bu posta da hələlik təyinat olmayıb.

 

Ötən ayın 26-da Biləsuvar rayon icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərova işdən çıxarılıb. Onun yerinə hələ heç kim təyin edilməyib. 

 


Ötən günlərdə isə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva da işdən azad olunub. Bu posta təyinat olmayıb. Lalə Hacıyevanın isə H.Z.Tağıyev qəsəbəsinin icra nümayəndəsi təyin edildiyi bildirilir.

Press.az

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...