Premyer Liqada komandaların sayı artırıla bilər
12:15 / 14.03.2020
3063
İngiltərə Premyer Liqasında komandaların sayı artırıla bilər.
Sfera.az xəbər verir ki, bu, dayandırılan 2019/20 mövsümü başa çatdırılmayacağı halda mümkündür.
Böyük Britaniya KİV-inin iddiasına əsasən, belə olarsa, heç bir komanda aşağı liqaya düşməyəcək. Əvəzində Çempionşipdə ilk iki yerdə qərarlaşan klublar Premyer Liqaya gələcək. Bununla da iştirakçı sayı 22-yə yüksələcək. Lakin artıq 2020/21 mövsümündə 4 klub aşağı dəstəyə yuvarlanacaq.
Premyer Liqa dayandırılsa, çempionluq məsələsinin taleyi ilə bağlı müzakirələr də gedir. 20 klubdan 18-i "Liverpul”un çempion elan edilməsinin tərəfdarıdır. Digər iki komanda isə mövsümün başa çatmamış kimi hesab edilməsini istəyir.