Premyer Liqa matçı Yevlaxda

Premyer Liqa matçı Yevlaxda

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə II turun oyun cədvəli açıqlanıb.

 

 

Sfera.az-ın məlumatına görə, turun matçları şənbə və bazar günü keçiriləcək.

 

"Səbail” – "Neftçi” matçı ilə start götürəcək tur "Qəbələ” – "Sumqayıt” qarşılaşması ilə yekunlaşacaq.

 

Stadionu təmir olunan "Kəpəz” "Zirə”ni Yevlax şəhər stadionunda qəbul edəcək.

 

Bütün görüşlər "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

19 avqust (şənbə)

 

18:00. "Səbail” – "Neftçi”
"Dalğa Arena”

 

20:00. "Qarabağ” – "İnter”
"Azərsun Arena”

 

20 avqust (bazar)

 

17:00. "Kəpəz” – "Zirə”
Yevlax şəhər stadionu

 

20:00. "Qəbələ” – "Sumqayıt”
Qəbələ şəhər stadionu

 

Sfera.az

DİGƏR XƏBƏRLƏR