Premium Bank kapitalını 5.3 milyon manat artırıb

Premium Bank kapitalını 5.3 milyon manat artırıb
 

Premium Bank Keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalmasına baxmayaraq, ötən rübə nəzərən 3.2 milyon manat artaraq 11 milyon manat mənfəət qazanıb.

Bank faizlərdən 2019-cu ilin 3-cü rübündə 29.9 milyon manat gəlir əldə edib ki, bu da 2018-ci ilin 3-cü rübündə qazandığı faiz gəlirindən 3 milyon manat daha çoxdur. Bank faiz gəlirlərini artırmaqla yanaşı, bu qəbildən olan xərcləri azaltmağa da nail olub. Belə ki, 1 il ərzində bank faiz xərclərini 1.6 milyon manat azaldaraq 9 milyona endirə bilib. Bununla da, bank xalis faiz gəlirlərini 4 326 min manat artıraraq 20 581 min manata çatdırıb.

Faiz gəlirlərinin artmasına baxmayaraq, qeyri-faiz gəlirləri 264 min manat azalma ilə 15.8 milyon manat olub. Eyni zamanda, qeyri-faiz xərcləri də 1 milyon manat artıb. Buna baxmayaraq faiz gəlirlərinin artımı və xərclərin azalması hesabına bank bu rübü 11 082 min manat mənfəətlə tamamlayıb. Bank bu mənfəətdən 1492 min manat dövlətə vergi şəklində ödəyib.

Bu rübü 576 milyon manatla başa vuran bankın aktivi əvvəlki ilin 3-cü rübündən 37.8 milyon manat azalmışdır. Bu azalma əvvəlki rübə nəzərən 2 dəfə azdır.

Bankın kapitalı isə keçən ilə nisbətən 17.5 milyon manat azalsa da, əvvəlki rübdən 5.3 milyon manat artıb. 2019-cu ilin 2-ci rübündən etibarən bankın artan kapitalı bu rüb 130 milyon manat olub.

Bankın kredit portfeli 493 milyon manat, depozit portfeli isə 397 milyon manat olub.



OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...