\"Prado\" ilə dağdan aşan müğənni haqqında ŞOK: \"Evli iş adamından 7 aylıq hamilə imiş...\" - FOTOLAR

\
Bugünlərdə Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin isə ağır yaralanması ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı növbəti maraqlı məqamlar ortaya çıxıb.

Sfera.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Giləzi yolunda dağdan aşan "Toyota Prado” markalı, 10 CP 969 dövlət qeydiyyat nişanlı avtomobildə ağır yaralanan müğənni Muxtarova Zəhra Vəli qızı 7 il öncə evli iş adamı ilə tanış olub. 
Həmin şəxs ona müğənnilikdən imtina etməyi təklif edib, əvəzində isə onu özü maliyyələşdirməyi deyib.

"Zəhra artıq 7 ildir ki, mənə yaxın olan qadının əri ilə münasibətdədir. Gözəllik salonlarında şəkillərini çəkdirib, özünü model kimi təqdim edir, əslində isə o, tamam başqa mühitin qadınıdır... Çirkabın, bataqlığın, əxlaqsızlığın içində idi. Qadının əri ilə münasibətdə olduğu müddətdə də ona da xəyanət edirdi. Bunu bütün Sumqayıt bilir. Çünki Zəhra Sumqayıtda yaşayırdı. Hətta həmin evli adamdan hamilə qalmışdı. Amma aralarında düşən davaya görə, qadın 7 aylıq uşağını itirmişdi”- deyə, mənbə iddia edir:

"Qəza baş verən gün isə Zəhra evli kişi və digər 3 nəfərlə Xızıda olan istirahət mərkəzlərindən birinə gedirmiş. Yolda qəzaya düşüblər”. 

Xatırladaq ki, mayın 18-də Giləzi yolunda dağdan aşan "Toyota Prado” markalı, 10 CP 969 dövlət qeydiyyat nişanlı avtomobil 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Ziyarət oğluna məxsus olsa da, sükan arxasında onun dostu, 1984-cü il təvəllüdlü Süleyman Mənsimov olub. Belə ki, hər iki şəxs digər dostları, 1988-ci ildə Sumqayıtda anadan olmuş Muxtarova Zəhra Vəli qızı ilə birgə Xızının Altıağac istirahət mərkəzinə yola düşüblər. Burada V.Məmmədov spirtli içki qəbul etdiyindən maşını dostunun idarə etməsini xahiş edib. Onlar Xızıdan Sumqayıta doğru hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yol kənarındakı otluq sahəyə daxil olub və burada sürüşərək aşıb. Nəticədə S.Mənsimov vəfat edib. Zəhra Muxtarova və avtomobilin sahibi Vüsal Məmmədov xəstəxanaya yerləşdirilib. Hər üç kişi evlidir, onların övladları var.

Qəzadan sonra "Diaqnoz Tibb Mərkəzi”-nə yerləşdirilən Z.Muxtarovanın durumu orta ağır qiymətləndirilir. Onun göz almacığı partayıb, ayağına isə mil qoyulub.

Xəstəxananın baş həkimi Ələddin Cabbarov BiG.AZ-a açıqlamasında deyib ki, xəstə əməliyyatdan sonra özünü normal hiss edir.

Qəzada yaralanan keçmiş müğənni Zəhra Muxtarovanın fotolarını təqdim edirik:








OXŞAR XƏBƏRLƏR