Pop ulduzun gücü: Bir tənqidlə \"Snapchat\"i 800 milyon dollar zərərə uğratdı
21:12 / 22.03.2018
1695
Məşhur ulduz Rihanna yayımladığı reklam qadına şiddəti aşıladığı üçün "Instagram"dakı təqibçilərini "Snapchat" proqramından imtina etməyə çağırıb.
Sfera.az "NTV"yə istinadən bildirir ki, Rihannanın bu addımından sonra şirkət bazarda 800 milyon dollar itirib. Belə ki, bir neçə gün içində "Snapchat"in səhmləri 800 milyon dollar ucuzlaşıb.
Xatırladaq ki, "Snapchat"in yayımladığı reklamda 30 yaşlı müğənni Rihanna və onun keçmiş sevgilisi Kris Braunun fotoları yer alıb. Krisin Rihannanın döyməsi hadisəsi xatırladılaraq "Siz olsanız, Rihannanı silləyərdiniz, yoxsa Krisi yumruqlayardınız?", sualı verilib.
Lalə Nəsirova