Pomidor maskası ilə, cəmi 1 saata ən bahalı proseduralardan çıxmış kimi mükəmməl dəriyə sahib olun

Pomidor maskası ilə, cəmi 1 saata ən bahalı proseduralardan çıxmış kimi mükəmməl dəriyə sahib olun

Geniş məsamələr, iltihab, qızartı, xoşagəlməz çapıqlar... Bir sözlə dəriyə aid bütün problemləri tez

 

bir zamanda, büdcəmizə zərər vermədən aradan qaldırmaq üçün pomidor ən ideal vasitədir. 

 

Qadin.az Xarici mətbuata istinadən pomidor maskasının hazırlanma və istifadə qaydasını təqdim

 

edir...

 

Pomidor maskası

 

 

Bu maskanı həm pomidor dilimi kimi istifadə etmək olar, həm də onu püre halında. Əlbəttə hansı

 

sizə daha rahatdırsa onu edin. Effekt onsuz da sizi təəcübləndirəcək. Möhtəşəm nəticə əldə

 

edəcəksiniz. Üzünüzə pomidor dilimləri və ya püresi sürtün, 1 saat saxlayın. 15 dəqiqə də olar,

 

yenə də effektini görəcəksiniz. Daha sonra ilıq su ilə yuyun, nəmləndirici krem və ya zeytun yağı

 

çəkin.


 

 Belə maska problemli dəri üçün çox yaxşıdır: Dərhal iltihabı götürür! Bütün sirr ondadır ki,

 

pomidorun turşuluq dərəcəsi  dəridə ph-balansının düzgün qurmağa imkan yaradır. Həmçinin

 

pomidorun tərkibində olan  A, C, E və В6, vitaminləri , dərinin tonusunu artırır, qırışları

 

hamarlayırlar, qan dövranını yaxşılaşdırdığına görə də dəriyə təravətlı görünüş verir.

 

 

Qeyd: Turşuluğa allergiyası olanlar, ehtiyatlı olsunlar. Amma qalan bütün dəri tiplərində ürəklə

 

istifadə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR