POLKOVNİK: Yaxın saatlarda biz... - CƏBHƏDƏ NƏ BAŞ VERİR?

POLKOVNİK: Yaxın saatlarda biz... - CƏBHƏDƏ NƏ BAŞ VERİR?
 
"Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”.

Sfera.az  xəbər verir ki, bu sözləri  hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib:

"Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Zənnimcə, artıq silahlar danışmalıdır. Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA), kiçik çavuş Elşən Məmmədovun şəhid olması və ümumilikdə cəbhə və dövlət sərhəddində baş verən hadisələr müharibənin artıq vaxtının çatdığını göstərir. Yaxın saatlarda biz son baş verən hadisələrin nəticəsini görəcəyik.

Çünki düşmən son günlər həddindən artıq azğınlaşıb, təxribatları intensivləşib. Bu təxribatların qarşısını almağın tək yolu isə, düşmənə hərbi yolla cavab verməkdir. Düşünürəm ki, o məqam yetişib, biz artıq hərəkətə keçməliyik”.

Ekspert Prezident İlham Əliyevin beynəlxalq qurumlara verdiyi mesajdan bəhs edib:

"Hesab edirəm ki, prezidentin Ermənistanla danışıqların mənasız olduğunu bəyan etməsi, təkcə Azərbaycan auditoriyasına deyil, bütövlükdə beynəlxalq qurumlara bir mesaj idi. Ölkə başçısı bununla artıq işğalçı ilə hər hansı bir danışıqların mənası və prespektivi olmadığını bəyan etdi”, - deyə o bildirib.

(redaktor)

OXŞAR XƏBƏRLƏR

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

Xəbər verdiyimiz ki, Co Bayden bu gün ABŞ-də “TikTok”un qadağan olunması ilə bağlı qanun layihəsi imzalayacaq.   Sfera.az bildirir k...

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da i...

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb...

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...