Politoloq: “İkinci İŞİD” daha təhlükəlidir
İki İŞİD mövcuddur. Biri Suriya və İraqda vuruşanlar, digərləri isə dünyanın bütün ölkələrində mövcud olanlardır.
Sfera.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi ikincilərin birincilərdən az təhlükəli olmadığını qeyd edib:
"İkincilərin çoxu heç Yaxın Şərqdə olmayıb, Suriya və İraqda savaşmayıblar. Onların beyni uzaq məsafədən zəhərlənib, dünənin normal gənci internet vasitəsilə bu günün terrorçusuna çevrilib. London və Mançesterdə, o cümlədən Sankt-Peterburqda terror törədən kamikadzelərin biri də Suriya və İraqda olmayıb, sadəcə beyinləri zəhərlənib və düyməyə basıblar.
Birincilərin ümidi ikincilərdir, çünki onlar artıq Suriya və İraq ərazilərini tərk edə bilməyəcəklər, vətəndaşlıqlardan da məhrum ediliblər. İkincilər birincilərdən aldıqları təlimat əsasında dünyanın qalan hissəsini terrora qərq etməyə boyun olublar”.