Polislə avtobus sürücüsü arasında dava - Yol pulu üstündə... - VİDEO

Polislə avtobus sürücüsü arasında dava - Yol pulu üstündə... -  VİDEO

Bakıda maraqlı hadisə baş verib.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, "Baku Bus" şirkətinə məxsus 1 nömrəli marşrut avtobusuna mülki geyimdə bir nəfər minib. Sürücü ondan kartla ödəniş etməsini istəyib. Həmin şəxs isə, polis əməkdaşı olduğunu deyərək, vəsiqəsini təqdim edib.

Sürücü həmin şəxsə yenə də ödəniş etməli olduğunu deyib:

"Polis formasında olsaydınız, hə, ödəniş etmədən avtobusa minə bilərdiniz. Amma hazırda formada deyilsiniz. Ona görə də, ödəniş edin".

Polis bundan sonra sürücünü hədələməyə başlayıb:

"Səni işdən çıxartdıraram. Görərsən sən". Və ardından telefonla kimlərəsə zəng vurub. Sürücü isə bu müddət ərzində avtobusu idarə etməkdən imtina edib.

Mübahisə böyüyüb. Sərnişinlər avtobusun dayanmasına etiraz ediblər. Sürücü buna görə, yoluna davam etməyə başlayıb. Amma mübahisə bitməyib. Polis 20 qəpiyə görə, hər kəslə mübahisə etməyə davam edib. Bu anları sərnişinlərdən biri mobil telefonun kamerası vasitəsi ilə qeydə alıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...