Krİmİnal

Polisə zəng edib Xətaidə marketi partladacağını dedi

Polisə zəng edib Xətaidə marketi partladacağını dedi
 

Bakıda borca görə marketi partladacağını deyən şəxs psixiatriya xəstəxanasına yerləşdirilib.

Sfera.az DİN-ə istinadən xəbər verir ki, avqustun 12-də özünü Q.Qəribov kimi təqdim etmiş şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat vermişdir.

Araşdırmalarla məlumat təsdiqini tapmamış, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilmişdir.

O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930