Polisə rüşvət vermək istəyən azərbaycanlı saxlanıldı

Polisə rüşvət vermək istəyən azərbaycanlı saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində polisə rüşvət verməyə cəhd edən azərbaycanlı saxlanılıb. 


Milli-Xeber.az xəbər verir ki, 37 yaşlı həmyerlimiz polisə 600 min rubl rüşvət təklif edib. Azərbaycanlı kişi qiymətli metalların qanunsuz dövriyyəsi haqqında araşdırmanı lehinə yekunlaşdırmaq üçün polisə qovluqda pul ötürmək istəyib. 

Polis əməkdaşı rüşvətdən imtina edib və korrupsiya əməlinə görə azərbaycanlı şəxsi bölməyə aparıb. Saxlanılan şəxs haqqında Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq cinayət işi açılıb. 

Azərbaycanlı şəxs "Vəzifəli şəxsə rüşvət verməyə cəhd" maddəsi ilə ittiham olunur.


OXŞAR XƏBƏRLƏR