Dünya

Polisdən ilginc cəza- FOTO

Polisdən ilginc cəza- FOTO
İndoneziyada polisin saxlanılan şəxslə münasibəti qalmaqala səbəb olub. Şərqi Papua bölgəsində polislər şübhəli şəxsi dindirmək üçün ilandan istifadə ediblər.
 
Sfera.az xəbər verir ki, əlləri arxadan bağlanan adamın boynuna ilanı dolayıblar. Saxlanılan qışqıraraq müqavimət göstərməyə çalışır. Polislər isə buna baxıb ucadan gülürlər.
 
Daha sonra ilanı şübhəlinin üzünə tutur, ilanı onun ağzına və şalvarının içinə soxacağıyla bağlı hədə-qorxu gəliblər.
 
Qalmaqallı sorğunun videosu yayıldıqdan sonra yerli polis məmuru Tonni Ananda Svadaya açıqlama verib. Həmin polislərin sərt şəkildə cəzalandığını deyən Svadaya baş verənlərə görə ictimaiyyətdən üzr istəyib.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930