Polis XƏBƏRDARLIQ ETDİ: \"Güc tətbiq oluna bilər\"

Polis XƏBƏRDARLIQ ETDİ: \

ABŞ polisi Berkli şəhərində Kaliforniya Universitetinin qarşısında etiraz aksiyasını dağıtmaq üçün güc tətbiq etməyə hazır olması barədə xəbərdarlıq edib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, tələbələrin etirazına "Breitbart News" internet resursunun redaktoru Maylo Yannopulosun planlaşdırılan mühazirəsi səbəb olub.

Bundan əvvəl "Breitbart News"a rəhbərlik edən ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Bennon bildirib ki, bir çox nümayişçilər respublikaçı prezidentin əleyhinə çıxış ediblər.

Ərazini əhatəyə alan polislər qarışıqlığı aradan qaldırmaq üçün dəyənək və kimyəvi vasitədən istifadə edə biləcəyi barədə xəbərdarlıq ediblər.

CNN telekanalı bir neçə evin pəncərələrini sındıran yüzlərlə etirazçının küçələrdən birini bağladığını bildirir.

"Reuters"in məlumatına görə, M.Yannopulos Berklidəki çıxışını ləğv edib. O, kampusdan təxliyə edilib.


OXŞAR XƏBƏRLƏR