Dünya

Polis Sarkisyanın partiyasının ofisini mühafizəyə aldı

Polis Sarkisyanın partiyasının ofisini mühafizəyə aldı
Çərşənbə günü səhər saatlarında Paşinyanın Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqları olmalı idi. Lakin danışıqlar baş tutmayıb.

Paşinyanın sözlərinə görə, nə qədər ki, hökumətə hakim Respublika partiyasının nümayəndələri başçılıq edir, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə imkan verməyəcək.

Bundan sonra Nikol Paşinyanın çağırışı ilə mövcud hakimiyyətə qarşı etiraz aksiyaları yenidən vüsət alıb. İnsanlar Yerevanın əsas yollarını bağlamağa başlayıblar.

Sfera.az "Interfax” informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistan polisinin qüvvələri Yerevan hökumətinin binasını və sabiq baş nazir Serj Sarkisyanın başçılıq etdiyi hakim Respublika partiyasının mərkəzi ofisini mühafizə altına alıb.
 
Son xəbər olaraq bildirilir ki, "Qnçakyan” partiyası Karen Karepetyanı müvəqqəti icra etdiyi vəzifəni təhvil verməyə çağırıb. Partiya Karapetyana məsləhət görüb ki, parlament çoxluğunu xalqın seçdiyi namizədə səs verməyə vadar etsin.
 
İlqar 
Sfera.az

AdRiver

XƏBƏR LENTİ