Polis niyə toyları yoxlamağa başladı? - DİN-dən açıqlama

Polis niyə toyları yoxlamağa başladı? - DİN-dən açıqlama
"Operativ Qərargah əvvəlcədən elan etdi ki, heç bir halda biz hansısa formada inzibati metodlarla toy mərasimlərinə müdaxilə etməyəcəyik”.

Sfera.az xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, vurğulandı ki, vətəndaş məsuliyyəti, sahibkarlıq subyektinin rəhbərliyi, yəni hüquqi və fiziki şəxslər bu elementar, sadə normalara əməl etsinlər:

"150 nəfərə qədər mütləq qaydada COVID-19 pasportu tələb olunur, 50 nəfərə qədər olan məclislərdə isə COVID-19 pasportu tələb edilmir, ancaq maska tələbi var.

Bəs sahibkarlar, ictimai iaşə obyekti sahibləri, ayrı-ayrı vətəndaşlar nə etdilər? Bakı şəhəri üzrə bir günün rəqəmlərinə baxaq.

314 şadlıq sarayının mərasim iştirakçılarının COVID-19 pasportu yoxlanılıb. Həmin 314 şadlıq sarayında 3335 nəfərin vaksinasiya olunmadığı ortaya çıxıb.

Artıq hökumət qərara gəldi ki, bu tədbirlərin daha effektiv olması, qapanmaların yaranmaması, vətəndaş məmnunluğunun təmin edilməsi üçün sahibkarlıq subyektlərinin üzərinə qoyulan bu öhdəliyə bir qədər dövlətin müdaxiləsini yaxınlaşdırsın.

Bununla müvafiq dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyinin nümayəndələri restoranlarda, ictimai iaşə obyektlərinin qarşısında toya dəvət olunan qonaqların COVID-19 pasportunun olub-olmamasını yoxlamağa başladı. Rəqəmlər də kifayət qədər ciddidir”.


OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...