Polis məmurun gizli zirzəmisində şok yaşadı: 13 ton qızıl tapıldı – Sabiq mer edam olunacaq

Polis məmurun gizli zirzəmisində şok yaşadı: 13 ton qızıl tapıldı – Sabiq mer edam olunacaq


Çin iqtisadiyyatı həm inkişaf səviyyəsinə, həm də korrupsiyanın miqyasına görə dünyanı təəccübləndirməkdə davam edir.

 

Bildirək ki, korrupsiyaya görə Çində güllələnmə hökmü müəyyən olunub, amma göründüyü kimi, bəziləri böyük pullara görə hələ də risk etməyə hazırdır.

 

 

Sfera.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin Qançjou (8,5 milyon əhalisi olan kiçik Çin şəhəri) şəhərinin sabiq meri, 57 yaşlı Çjan Tsinin evində axtarış zamanı mənzilin gizli zirzəmisində külli miqdarda nağd pul, eləcə də 13,5 ton külçə qızıl aşkarlanıb. Xatırladaq ki, bu, təxminən Belarusun dövlət ehtiyatlarının üçdə bir hissəsinə bərabərdir.


Qeyri-rəsmi məlumatlara görə, qızıldan əlavə, onun evində 268 milyard məbləğində nəğd pul da aşkarlanıb. Amma buna inanmaq çətindir, çünki söhbət 37 milyard dollardan gedir.

 

Çində mövcud olan qanunlara görə, Çjan Tsinin edam edilməlidir. Çünki 2016-cı ilin aprelində Çin hakimiyyəti elan edib ki, oğurlanan əmlakın, yaxud rüşvətin məbləği 3 milyon yuanı ( təxminən 460 min dollar) aşarsa buna yol vermis korrupsioner edam hökmünə məruz qalacaq.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR