Polis Lotu Qulinin planını belə pozdu - “Sxodka” baş tutmadı
11:23 / 12.12.2019
4642
Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində kriminal "sxodka”nın qarşısı alınıb.
Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, hazırda Dubayda məskunlaşan Lotu Qulinin UKraynanın bu bölgəsinə göndərdiyi emissar yerli kriminal qruplaşmaları bir yerə yığmalıymış.
Amma yerli polis öz agentura şəbəkəsi vasitəsi ilə bundan xəbər tutub. Nəticədə "sxodka” baş tutmayıb. Qulinin adamı isə həbs edilib.