Polis formasını təhqir edən Nazla bağlı DİN-dən - Açıqlama

Polis formasını təhqir edən Nazla bağlı DİN-dən - Açıqlama
Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb.

Sözügedən kliplə bağlı saytımızda gedən yazıdan sonra DİN-in Daxili Tədqiqatlar İdarəsinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. Hətta Naz Milanın tapılması üçün tədbirlər görülüb.

Qeyd edək ki, daha öncə nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələnin diqqətə götürülüb araşdırılacağını bildirmişdi.
Bu gün açıqlama verən Ehsan Zahidov məsələ ilə bağlı bunları bildiridi: "Biz Nazın kimliyini araşdırdıq. O, Azərbaycan vətəndaşı deyil, Türkiyə vətəndaşıdır. Həmin klip də Türkiyədə çəkilib”.

"Nazın polis uniformasını təhqir etməsi ilə əlaqədar ölçü götürüləcəkmi” sualına cavabında isə Ehsan Zahidov məsələ ilə bağlı araşdırmanın davam etdirildiyini bildirdi.

Qeyd edək ki, Naz Milanın söz və musiqisi Ceyhuna məxsus "No panic” klipindəki görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.

Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinin aşağılanması kimi qiymətləndirilib. Teleqraf

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...