Polanski ilə Kosbi “Oskar”dan qovuldular

Polanski ilə Kosbi “Oskar”dan qovuldular
Hollivud ulduzu Bill Kosbi ilə rejissor Roman Polanski "Oskar” Amerika Kino Akademiyasından qovulublar.

Sfera.az bildirir ki, buna səbəb adlarının cinsi təcavüzdə hallanmasıdır. Bill Kosbi ötən ay bu cinayətdən cəzalandırılıb. Polanski isə 1977-ci ildə 13 yaşlı qızla münasibətdə olduğu üçün günahlandırılır. Akademiyanın açıqlamasında qərarın üzvlərin birgə keçirdiyi səsverməsindən sonra verildiyi bildirilib. 

Qeyd edək ki, Roman Polanski "Pianoçu” filmi ilə 2003-cü ildə "Ən yaxşı rejissor” nominasiyası üzrə "Oskar” alıb. Akademiyanın 91 illik tarixində yalnız 4 nəfər üzvlükdən çıxarılıb.(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR