Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – FOTOLAR

Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – FOTOLAR
 

Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılmışdı. 

Sfera.az  xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən verilən məlumatda Həzi Aslanov küçəsinin adının dəyişdirilmədiyi və Polad Həşimovun adının Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verildiyi açıqlanmışdı. 

Bildirilmişdi ki, Polad Həşimov küçəsi Həzi Aslanov küçəsinin kəsişməsindən başlayaraq, Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Mövzu ilə bağlı Rəşad Məmmədov adlı "Facebook” sosial şəbəkə istifadəçisi öz səhifəsində küçənin xəritə görüntüsünü paylaşmaqla, yanlış məlumatın yayılma səbəbini izah edib: 

"Bəzi oxucu kütləsi ilə tanınan və onlara olan etibardan istifadə edib araşdırmadan qazanc xatirinə xəbər paylaşan jurnalistlər sayəsində bu gün görülən işlər xalqa yanlış təqdim olundu. Onların dediyinə görə, Polad Həşimov küçəsi Həzi Aslanov küçəsinin adının dəyişdirilməsi nəticəsində lövhələnib, bununla da, insanlar haqlı olaraq bu xəbəri Həzi Aslanova qarşı hörmətsizlik olaraq anladılar. Əslində, Həzi Aslanov küçəsindən başlayan Polad Həşimov küçəsi İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsindən ayrılaraq şəhərin mərkəzi küçələrindən birinə verilib, bununla da, İsmayıl bəy Qutqaşınlı küçəsinin adına toxunulmayıb və hər üç küçə müstəqil fəaliyyət göstərir. İndi isə bizim "jurnalistlərin" bu məlumatı aldığı mənbəyə diqqət edək.

Şəkillərdə vətəndaşlara, cəmiyyətə açıq olan rəsmi dövlət saytı ünvanportalı.az səhifəsindən və qeyri-dəqiq "Google Maps” xəritələrindən olan ekran görüntülərinə baxa bilərik. "Google” xəritəsində Heydər Əliyev küçəsinin istənilən bir yerini seçəndə həmin nöqtənin Həzi Aslanov küçəsinə aid olduğu göstərilir. Digər tərəfdən də, indiki Polad Həşimov və keçmiş İsmayıl bəy Qutqaşınlı küçəsinin davamı olan küçəni Həzi Aslanov olaraq göstərməkdə davam edir. Bundan başqa, Qəbələ şəhərində yerləşən Heydər Əliyev prospektini də Qutqaşınlı olaraq göstərməklə yanaşı, şəhərdə yerləşən real Qutqaşınlı küçəsini də eyni adla göstərir. Bildiyimiz kimi, şəhərin tərkibində fərqli rayonlara aid deyilsə, bir ad yalnız bir küçəyə verilə bilər. "Google”dan aldığımız nümunə onu göstərir ki, oradakı məlumatlar araşdırılmadan, sadəcə küçələrin adlarının boş qalmamasına çalışılır. Orada nisbətən dəqiq olan yalnız obyektlər və dövlət orqanlarının adlarıdır. Digər tərəfdən isə portala aid ekran görüntülərinə nəzər yetirsək, orada hansı küçənin Həzi Aslanov, hansının Qutqaşınlı (hazırda Polad Həşimov) olduğunu görə bilərik”. 

Qeyd edək ki, general-mayor Polad Həşimovun adının verildiyi küçə Qəbələ şəhərinin ən böyük küçələrindən biridir. 

(mediapost)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...