Maqazİn

Polad Bülbüloğlunun 14 yaşlı oğlu Rusiyada orkestrə dirijorluq edəcək

Polad Bülbüloğlunun 14 yaşlı oğlu Rusiyada orkestrə dirijorluq edəcək
"Transsibir Art” festivalı bu gün xüsusi uşaq proqramını təqdim edəcək. Filarmoniyanın səhnəsində gənc musiqiçilərin simfonik orkestr çıxış edəcək.
Oxu.Az "Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, orkestrə təcrübəli dirijor Vladislav Yankovski və 14 yaşlı Murtuza Bülbül rəhbərlik edəcək.
Yeniyetmə, 10 ildir ki Azərbaycan səfriliyinə rəhbərlik edən, məşhur bəstəkar və müğənni Polad Bülbüloğlunun ailəsində dünyaya gəlib.
"2015-ci ildə məktəbi bitirdikdən sonra, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Akademik musiqi məktəbinin 8-ci sinifinə daxil olub, - festivalın təşkilatçıları bildirib. – Murtuzanın debütü 2015-ci ilin fevralında Azərbaycan Dövlət Orkestri ilə olub, orkestr onun rəhbərliyi altında atasının "Azərbaycan” mahnısının mövzusuna həsr edilmiş pyesi ifa edib”. 
Gənc dirijorun çıxışı bu gün baş tutacaq.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031