Polad Bülbüloğlu konsert verəcək

Polad Bülbüloğlu konsert verəcək

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlu

 Kemerova vilayətində konsert verəcək.

Sfera.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə qərar P.Bülbüloğlunun vilayət qubernatoru

 Aman Tuleyevlə görüşündə verilib.

A.Tuleyev səfir olduqdan sonra da yaradıcılıq fəaliyyətini dayandırmayan və konsertlər verməkdə 

davam edən Polad Bülbüloğlunu "Şaxtaçılar günü-2016"nın qonağı olmağa və burada çıxış etməyə

 dəvət edib.

Səfir dəvəti qəbul edib.


OXŞAR XƏBƏRLƏR