Polad Bülbüloğlu Eminin tədbirində oxudu - FOTO

Polad Bülbüloğlu Eminin tədbirində oxudu - FOTO

Müğənni-bəstəkar Eminin ötən gün baş tutan "Jara" festivalının qonaqları arasında xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı səfisi Polad Bülbüloğlu da yer alıb. 

Sfera.az axşam.az-dan aldığı məlumata görə, P.Bülbüloğlu səhnəyə çıxaraq təəssüratlarını bölüşüb:

"Azərbaycanın Rusiya Federasiyasındakı səfiri kimi festivala gələn həmkarlarımı, dostlarımı salamlayıram. Biz Xəzəri xeyirxahlıq, dostluq, mehriban qonşuluq dənizi hesab edirik. Rusiyanın ən məşhur ulduzlarına uğurlar arzulayıram. Azərbaycana xoş gəlmisiniz".

P.Bülbüloğlu daha sonra mahnı səsləndirib. 



OXŞAR XƏBƏRLƏR