“Pokrovka Məhərrəm”in həbsinin təfərrüatları məlum oldu - Ev dustaqliğinda olsa da günü eyş-işrətlə keçib...

“Pokrovka Məhərrəm”in həbsinin təfərrüatları məlum oldu - Ev dustaqliğinda olsa da günü eyş-işrətlə keçib...
Azərbaycanlı biznesmen, "Pokrovka Məhərrəm" adı ilə məşhur olan Məhərrəm Quliyev Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmə qərarına əsasən, M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə Rusiya ərazisindən çıxarılacaq.

Sfera.az Virtualaz.org-a istinadən bildirir ki, bəzi məlumatlara görə, son vaxtlar M.Quliyev dəbdəbəli həyat tərzi sürüb, gizli kazinolarda böyük məbləğdə pullar uduzub. Sonuncu dəfə həbs olunduqda isə 3 milyon rubl girov müqabilində azad edilib. Nəticədə müəyyən müddət hüquq mühafizə orqanlarının gözündən yanına bilib.

Bu dəfə M.Quliyev miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. Hazırda "Pokrovka Məhərrəm" xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir. Onun ölkədən çıxarılması ilə bağlı qərarı Volqoqrad vilayəti Novonikolayevski rayon məhkəməsi verib.

Qeyd edək ki, "Pokrovka" ləqəbini M.Quliyev Pokrovski tərəvəz bazası sayəsində alıb. O, Qərbi Buryulevoda Pokrovka tərəvəz bazasında böyük topdansatış obyektinə sahib olub. Baza 2013-cü ildə kütləvi iğtişaşlardan sonra bağlanıb.

M.Quliyev bazarın ərazisinə daxil olan hər arabadan müxtəlif məbləğlərdə 500-3000 dollar arası haqq alıb. O, hazırda sağ olmayan "Rövşən Lənkəranski"nin qruplaşmasına daxil idi.

Bir neçə il əvvəl M.Quliyev yaşadığı ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdı. Domodedovo məhkəməsi tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Ev dustaqlığında olmasına baxmayaraq "Pokrovka Məhərrəm" dostları ilə restoranları gəzib, kef məclisləri qurub, təntənəli mərasimlərdə videçarxlar çəkib. Bir müddət sonra isə gizlənməyə müvəffəq olub. Nəhayət, barəsində federal axtarış elan olunub.

OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə güclü zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zə...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...