Hadİsə

PKK üzvü Bakıdan belə qaçmaq istədi

PKK üzvü Bakıdan belə qaçmaq istədi
Dövlət Miqrassiya Xidmətinə müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Duman Özgür Seyfəttin oğlunun ölkəsinə ekstradisiya edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Prosesdə Türkiyə səfirliyinin və Azərbaycan Ədliyyə Nazirliyinin  nümayəndələri çıxış edərək təqdimatın təmin edilməsini istəyiblər. Təqsirləndirilən Duman Özgür də Türkiyəyə ekstradisiya olunmasını istəyib.

Məhkəmə təqdimatı təmin edib və D.Özgürün ölkəsinə ekstradisiya edilməsinə qərar verib. 

D. Özgür Türkiyədə təhlükəli, partlayıcı maddələr satmaqda ittiham edilərək 7 il 6 ay həbsdə qalıb. Həbsdən çıxdıqdan sonra  eyni əməllərə görə axtarışa verilib. 

O, Türkiyədə Gürcüstana qaçıb. Bir müddət də orada qaldıqdan sonra Azərbaycana gəlib. Burada Dövlət Miqrassiya Xidmətinə (DMX) müraciət edərək özünü Suriya vətəndaşı kimi təqdim edib. Sənədlərini itirdiyini deyən Duman Özgür Türkiyəyə göndərilməsini istəyib. Lakin araşdırmalar zamanı onun yalan danışdığı üzə çıxıb və həbs edilib. 

Məlumata görə, Duman Özgür PKK terror təşkilatının üzvü olub. Türkiyədə bir neçə terror hadisələrində iştirak edib.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031