Piyada körpüsü uçdu: 2 ölü
14:16 / 19.05.2017
1116
Hindistanda piyada körpüsünün uçması nəticəsində iki nəfər ölüb, 30 nəfər itkin düşüb.
Sfera.az xəbər verir ki, hazırda axtarış-xilasetmə işləri aparılır.
Polisin məlumatına görə, körpünün uçması nəticəsində suya düşən insanların bir hissəsi xilas ola bilib.
Yerli sakinlərin sözlərinə görə, körpü qəzalı vəziyyətdə idi və son 4 ildə onun üzərindən hərəkət etmək qadağan olunub. Çaya düşən şəxslərdən 14 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
Sfera.az