Piyada keçidlərinin nişanlanmasında yenilik - FOTOLAR

Piyada keçidlərinin nişanlanmasında yenilik - FOTOLAR

Bakının inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən "Qafqazinfo”ya bildirilib ki, məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.
İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır:

- Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılıqın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.

- Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.

- Daha asan yuyula bilən olması

Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...