Pilot təyyarədə öldü, məcburi eniş edildi

Pilot təyyarədə öldü, məcburi eniş edildi
 Rusiyanın "Aeroflot” şirkətinə məxsus təyyarənin ikinci pilotu uçuş zamanı vəfat edib. 

Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Moskvadan Anapaya uçan təyyarədə baş verib.  

Uçuş zamanı İkinci pilotun vəziyyətinin pisləşməsi təyyarənin Rostovda təcili eniş etməsinə səbəb olub. Eniş edən təyyarədə təcili yardım işçiləri dərhal pilota yardım etməyə çalışsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Həkimlər pilotun qəfil ürəktutmadan vəfat etdiyini bildiriblər. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR