İdman

PFL “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı xoşagəlməz müzakirələr barədə

PFL “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı xoşagəlməz müzakirələr barədə

 


Son günlər sosial şəbəkələrdə Azərbaycan Premyer Liqasının sonuncu XXVIII turunda keçiriləcək "Neftçi” – "Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir.

 

Bununla bağlı Peşəkar Futbol Liqası (PFL) bəyanat yayıb. Ölkə çempionatının keçirilməsinə cavabdeh olan qurum bildirib ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq: "Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan PFL oyuna ən azı 2 saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir. Qarşıda "Neftçi” və "Qarabağ”ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir. Azarkeşlərimiz məhz bu gündən bir olub, komandalarımızı beynəlxalq miqyasda dəstəkləməlidirlər. Biz nəyə qadir olduğumuzu bir yumruq kimi Avropa meydanlarında göstərməliyik". - deyə bəyanatda vurğulanıb.

 

Qeyd edək ki, oruc tutan şəxslər üçün stadionda "Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.


XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30