Peyvəndlərin bilmədiyimiz xeyri və zərəri
16:37 / 22.01.2019
3967
Bir çox valideynin qorxduğu və tərəddüdlə yanaşdığı Peyvəndlərin ziyan və yaxud xeyir olması haqqında müxtəlif fərziyyələr yürüdülür.
Sfera.az xəbər verir ki, peyvəndlərin insan orqanizminə hansı faydaları verə biləcəyi və yaxud peyvənddən sonra hansı problemlərin ortaya çlxacağı hər zaman valideynləri narahat edir. Maraqlıdır peyvənd ilk dəfə harada istifadə edilib. XIX əsrə qədər Avropada yayılan viruslar qarşısında həkimlər aciz qalmışdı. Bu xəstəliklər içərisində çiçək xəstəliyi Avropada daha çox yayılmışdı. Bu xəstəlik milyonlarla insanın ölümünə səbəb olmuşdu. Hind və Çin təbibləri bu xəstəliklərin qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Aparılan araşdırmalar nəticəsində artıq müasir peyvəndlərin formasını tapmışdılar. 1768-ci ildə bütün Rusiya ciddi çəkildə çiçək xəstəliyi ilə mübarizə aparırdı. Belə bir vaxt risk edərək yeni peyvənddən II Yekaterina istifadə etməyə qərar verir. II Yekaterinadan sonra oğlu Pavel də peyvənndən istifadə edir.
Məhz peyvəndlənmənin nəticəsi idi ki, 1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı dünyada çiçək xəstəliyinin qarşısını alındığını bəyan edir.
Amma bu gün dünyada peyvəndin ziyanlı olması haqda çox məlumatlar yayılır.
Peyvəndin hansı ziyanı var. Dünya Səhiyyə Təşkilatı peyvəndin insan orqanizminə heç bir ziyan vurmadığını bəyan edir.
PEYVƏNDLƏR UŞAĞIN SAĞLAMLIGINI QORUYUR!
Bu müraciəti dəfələrlə oxusaq belə onun nə qədər böyük məna kəşb etdiyini, uşaq sağlamlığında və uşağın gələcək inkşafında böyük rol oynayan peyvəndlərin hansı qorxulu xəstəliklərin və onların törətdiyi fəsadların qarşısının alınmasındakı əhəmiyyətini anlayırıqmı?
Peyvənd olunmamış uşaqlarda;
-Daha çox qidalanma pozğunluğu, şikəstlik və ölüm halları olur.
-Qızılca və Göyöskürəyə daha çox yoluxurlar. Hətta xəstəlik kecirmiş uşaqlar bu xəstəliklərdən zəifləyib və sonradan qida çatışmamazlıgından və yaxud başqa xəstəliklərdən ölə bilərlər.
-Qızılca xəstəliyi həmçinin qidalanma çatışmamazlıgının, əqli inkşfadan geri qalmanın və korluğun əsas səbəblərindən biridir.
-Poliomielitə qarşı immunlaşdırılmamış uşaqlarda hər yoluxmuş 10 uşaqdan biri ömürlük şikəst olur.
-Tetanus mikrobları çirkli yaralarda inkişaf edir və əgər yoluxmuş insanlar peyvənd olunmayıblarsa, onlar tetanus xəstəliyindən ölə bilərlər
PeyvəndlərYoluxucu xəstəliklərin profilasktikasının əsasını sağlamlaşdırıcı tədbirlər kompleksi təşkil edir: rasional qidalanma, idman və bədənin möhkəmləndirilməsi yolu ilə orqanizmin müqavimətinin artırılması, şəxsi gigiyena qaydalarına əməl etmək və s. Yoluxucu xəstəliklərə yoluxma və onların agır nəticələrini aradan qaldırmaq sahəsində görülən çoxsaylı profilaktik tədbirlər sırasında uşaqların kütləvi peyvənd olunması xüsusi yer tutur.
Son illər Azərbaycanda geniş tətbiq olunan Beynəlxalq uşaq təşkilatı YUNİSEF tərəfindən təşkil olunmus peyvənd cədvəli ilə tanış olmaq vacibdir:
Yaş Peyvəndlər
Doğumdan sonra 12 saat ərzində Hepatit B
4-7-ci gün Vərəm əleyhinə peyvənd (BSJ)
Poliomielit(OPV)
2 aylıqda Difteriya, ğöyöskürək, Tetanus(AKDS)
Hepatuit B
Poliomielit
3 aylıqda Difteriya, göyöskürək, Tetanus (AKDS)
Poliomielit
4 aylıqda Difteriya, göyöskürək, Tetanus (AKDS)
Hepatit B, Poliomielit
12 aylıqda Mantu sınagı, Qızılca (Measles)
18 aylıqda Difteriya, göyöskürək, Tetanus(AKDS),Poliomielit
6 yaş Qızılca
Difteriya və tetanus əleyhinə (ADS)
Valideyinlər bilməlidirkər ki, hər hansi yoluxucu xəstəliyi keçirmiş usağı həmin xəstəlikdən peyvənd etmək olmaz!.
Hepati B əleyhinə peyvənd uşaqlarımızı sarılıqla keçən hepatitin ən ağır formasından müdafiə etməsi üçün olunur.
Vərəm əleyhinə peyvənd uşaq doğulandan 4-7 gün sonra doğum evində aparılır. Əğər körpə hər hansı səbəbdən bu peyvəndi doğum evində almayıbsa,həyatının ilk 2 ayı ərzində uşaq poliklinikasında almalıdır. Yaşı 2 aylıqdan yuxarı olan uşaqlara vərəmə qarşı peyvənddən qabaq Mantu sınağı aparılmalı və sınağın nəticəsi mənfi olarsa uşaq peyvənd olunmalıdır.
Peyvənddən təxminən 2 həftə sonra iynənin yerində 10 mm-ə qədər diametrdə qırmızı şişkinlik əmələ gəlir,bundan 2-3 həftə sonra şişkinlik absesə-kiçik irinciyə çevrilir, daha sonra absesin yreində kiçik ölçüdə yara əmələ gəlir. Yara öz-öznə sağalır və yerində 4-5 mm diametrdə çapıq qalır.
Analara məsləhət görülür ki, yaranın üzərinə heç bir dərman qoymasınlar, yara açıq qalmalıdır və ya üzəri yalnız quru sarğı ilə örtürməlidir. Çox nadir hallarda yaranın daha böyuk və dərin olması, dirsək və qoltuqaltı limfa düyünlərinin şişməsi və ağrılı olması müşahidə olunur. Belə vəziyyətdə ana məsləhət üçün həkimə müraciət etməlidir.
PeyvəndlərƏgər uşağın artıq vərəmə qarşı immunuiteti varsa - yəni əvvəl peyvənd olunubsa, bu zaman qırmızı şişkinlik iynədən sonra 2 həftədən tez əmələ gələ bilər. Bu onu gostərir ki, artıq uşaq vərəmə qarşı peyvənd almışdır və ya uşaq vərəmə yolxmuşdur. Buna görədə əgər uşaq əvvəllər pevənd alıbsa, ana narahat olmaya bilər, pevənd almayıbsa, onda təcili muayinə olunmaq üçün həkimə müraciət olunmalıdır.
Peyvənddən sonra çapığın əmələ gəlməsi peyvəndin müvəffəqiyyətli olmasını göstərir. Çapıq olmasa peyvənd təkrar olunmalıdır.
QIZILCAYA QARŞI uşaq bir yaşında peyvənd olunur. Peyvənddən 7-9-13 gün sonra uşaqlarda hərarətin yüksəlməsi, gözün qızarmasi, yüngül öskürək və qızılcaya bənzər dəri səpgiləri müşahidə oluna bilər. 1-3 gündən sonra bu əlamətlər keçib gedir. Analar bilməlidirlər ki, bu pevəndə qarşı normal reaksiyadır. Əgər hərarət çox yüksək olarsa, uşağa ½ həb panadol və ya parasetamol verilməlidir.
POLİOMİELİT əleyhinə peyvənd - cəmi 5 doza, yəni 5 dəfə verilir. Peyvənd damcı şəkilində (1 doza 2 damcıdır) ağıza verilir, verilərkən ana diqqətli olmalıdır, əmin olmalıdir ki, usaq onu udmuşdur. Əgər uşaq onu tüpürmüşsə, dozanı təkrar vermək lazımdır. Adətən bu peyvənddən sonra fəsadlar olmur. Çox nadir hallarda peyvənddən 1 ay sonra tezliklə keçib gedən yüngül parez əlamətləri kimi yanaşı təsir müşahidə oluna bilər.
DİFTERİYA, GÖY ÖSKÜRƏK və TETANUS əleyhinə peyvənd- bu peyvənd 3 xəstəliyə qarşı aparılır, əzələ daxilinə vurulur. Peyvənd vurulduqdan sonra cox az hallarda uşaqlarda bəzi fəsadlar müşahidə oluna bilər: Qızdırma - peyvənd olunan gün axşam qızdırma ola bilər, bu, bir gün ərzində keçib gedir. Peyvənddən 24 saat sonra başlayan qızdırma pryvəndin təsirindən olmur. Bu halda temperaturun səbəbi aydınlaşdırılmalıdır.
Bəzi uşaqlarda iynənin yerində agrı, qızartı, şişkinlik ola bilər. Ana bilməlidir ki, bu dəyişikliklər 2-3 gündən sonra öz-özünə keçəcək və iynənin yerinə isidici kompres qoymaq məsləhətdir.
Uşaqda hərarət çox olan hallarda ona ½ həb parasetamol vermək lazımdır. Əgər yüksək hərarət və iynənin yerində şişkinlik uzun muddət davam edərsə həkimə müraciət etmək lazımdır. Peyvəndin fəsadı kimi usaqlarda çox nadir hallarda baş verən cəngolmaları (qıcolmaları) da göstərmək lazımdır. Əgər qic olmaıar peyvəndən sonrakı 3 gün ərzində, baş verərsə o, peyvəndin "göyöskürək” komponentinin təsirindən olur. Belə hal olarsa təcili həkimə mürscirət etməlisiniz. Sonrakı peyvəndlərin davam etdirilməsi və ya müəyyən müddətə təxirə salınması həkim Nevropatoloq-nu müayinəsindən sonra müəyyənləşdirilir.
Əvvəldə qeyd olunduğu kimi peyvəndlər yaınız peyvənd təqviminə uyğun aparılmalıdır. Əks göstərişlər həkim tərəfindən müəyyən edilir. Uşaqda əks göstərişə səbəb olan xəstəlik müalicə olunduqdan sonra peyvəndə başlamaq və ya onu davam etdirmək olar. Analar bilməlidirlər ki, hər hansı təhlükəli yoluxucu xəstəliyin müəyyən ərazidə yayıldıgı vaxt peyvənd təqvimindən kənar tur şəkilində kütləvi peyvəndlər aparıla bilər. Uşaqlarınızı belə kütləvi immunizasiyalardan kənarda qoymayın!
Bəzi valideyinlər bir çox bəhanələrlə uşaqlarını peyvənd etdirməkdən imtina edirlər, lakin onlar özləri də bilmədən öz balalarının sağlamlığını təhlükə qarşısında qoyurlar. Belə ki, peyvənd olunmuş uşaqlar bir daha yoluxucu xəstəliklərə tutulmurlar. Çox nadir hallarda xəstəliyə yoluxma olarsa onu çox yungül və fəsadsız kecirirlər.
Bundan əlavə yadda saxlamaq lazımdır ki, peyvənd yalnız bütün qaydalara riayyət olunmaqla ancaq klinika şəraitində aparılmalıdır! Hər hansı bir yolla əldə olunmuş peyvənddən istifadə etmək qəti qadağandır. Çünki peyvəndlərin saxlanması üçün tələb olunan rejim pozularsa, onlar keyfiyyətini, xəstəliyə qarşı immunutet yaratma qabliyyətini itirmiş olur.