Peyvənd olunmayan müəllimlər işsiz qalacaq? - Açıqlama

Peyvənd olunmayan müəllimlər işsiz qalacaq? - Açıqlama
Məlum olduğu kimi, sentyabrın 22-dən etibarən təhsil müəssisələrinə yalnız vaksinasiyadan keçmiş və immun sertifikatı olan müəllimlərin girişinə icazə veriləcək. Bu isə vaksinasiyadan kənarda qalmış pedoqoji işçilərin faktiki olaraq, işsiz qalması anlamına gəlir. Onlara əməkhaqqının ödənilib, ödənilməyəcəyi də sual altındadır.

Bəzi təkliflər var ki, dərs deməyən müəllimlərə əməkhaqqı verilməsin. Bəziləri də vaksinasiyadan keçərək tədrisin təşkilində iştirak edənlərin daha yüksək əməkhaqqı alması təklifini irəli sürür.
 
Maraqlıdır, bu istiqamətdə hansı qərarlar qəbul edilə bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü,  deputat İsa Həbibbəyli vaksinasiyanın müəllimlər üçün zəruriliyini bildirərək, peyvəndləmənin tək xilas yolu olduğunu vurğulayıb:

"Tədrisin təşkili vaksinasiyadan asılıdır. Müəllimlər də, alimlər də bilməlidir ki, ölkəmizin bu böyük bəladan tək xilas yolu peyvəndləmədir. Bu baxımdan ziyalılarımız tərəddüd etmədən vaksinasiyada iştirak etsələr yaxşı olar. Şəxsən mən hamıdan qabaq peyvənd olunmuşam. Alimlər, müəllimlər təkcə dərs demək üçün yox, həm də öz həyatlarını qorumaq, şagirdlərinin təhlükəsizliyi üçün peyvənd olunmalıdır".
 
Deputat vaksinləşmə ilə bağlı məhdudiyyətlərin tətbiqinin zəruri olduğunu deyib:

"İstənilən idarə, müsəssisə, nazirlik müəyyən məhdudiyyətlər tətbiq etməlidir ki, insanlar vaksin olunsunlar. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən müəlllimlər üçün tətbiq edilən məhdudiyyətləri məqsədəuyğun hesab edirəm. Ümummiyyətlə bu qərar nazirliyin daxilində qəbul olunan bir məsələdir və kənardan müdaxilə etmək olmaz".   
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR