Peyğəmbərimiz Bu Tip İnsanları Şeytana bənzətmişdir!

Peyğəmbərimiz Bu Tip İnsanları Şeytana bənzətmişdir!
Sfera.az bildirir ki, Peyğəmbər Əfəndimiz (s.a.v.) ailə içində, həyat yoldaşları arasında qalması lazım olan sirlərin başqalarının yanında açılmasını və bu sirlər haqqında danışılmasını dişi və kişi şeytanların etdikləri davranışlara bənzədir.
Ər-arvadın ən məhrəm halları əsnasında aralarında keçənləri, Şəxsi danışıqları başqalarına danışması haramdır. Bunlar, ər-arvada əmanət edilən, gizlənməsi lazım olan ailə sirləridir. Bu sirlər, mərhəmətə olan sirlərdir və bunları deşifrə etmək, əmanətə xəyanətdir. Bu mövzu ancaq sağlamlıq problemləri, tibbi zərurətə görə yalnız əhlinə və ədəb sərhədləri içində açıqlana bilər.
Rəsulullah səllallahu əleyhi və səlləm namaz qıldı, salam verincə səhabələrinə döndü və belə buyurdu:
"-Yerinizdə Durun! Görəsən içinizdə belə bir kişi varmı? Ailəsinin yanına çatanda qapısını bağlayır, pərdəsini endirir. (Münasibət qurduqdan) sonra da çölə çıxar və: "Mən arvadımla belə belə etdim!" - deyə izah edir".
Orada olanlar susdular. Sonra qadınlara yönəldi və:
"-Sizdən Belə danışanlar varmı?" - deyə soruşdu.
Bunun ilə bir gənc qız, Rəsulullah səllallahu əleyhi və səlləmin özünü görməsi və sözünü eşitməsi üçün bir dizi üzərinə tikilərək uzandı və:
"Bəli, vallah! Kişilər danışırlar, qadınlar da danışırlar!" - dedi. Bunun üzərinə Rəsulullah səllallahu əleyhi və səlləm belə buyurdu:
"-Belə edənin vəziyyəti nəyə bənzər bilirsinizmi? Şübhəsiz ki, belə edən kimsə, hər kəsin gözü qarşısında ehtiyaclarını aradan qaldıran, işlərini görən kişi şeytan ilə dişi şeytana bənzər. "(Əhməd bin Hənbəl, II, 541; Əbu Davud, Nikah, 50)
Televiziyada, seriallarda Məhrəm Mövzular dinlədilib, seyr edilib.
Bunları deyən kəslərin dilləri, dinləyən kəslərin isə qulaqları fahişəlik etmiş olur. Bu gün televiziyalarda, dizi və maqazin proqramlarında başqalarının şəxsi həyatlarının, məhrəm məsələlərinin dinlədilib seyr edilməsi, adamı imanəm zəifliyə salar. Bu xüsusiyyətlər, cahiliyyə dövrünün xüsusiyyətləri olduğu üçün Rəsulullah səllallahu əleyhi və səlləm bunlarla mübarizə etmişdir.
Ənəs bin Malik radiyallahu anh Bəsrədə özünə qırx il boyunca şagirdlik və yoldaşlıq etmiş olan Sabit əl-Bünaniyə bu xatirəsini danışır:
"Bir gün Rəsulullah Əfəndimizin xidmətini gördüm. Qeylulə yuxusuna çəkilib istirahət edəcəklərini bildiyim üçün küçəyə çıxdım, yoldaşlarımın oyununa daldım. Peyğəmbər Əfəndimiz yanımıza qədər gəlib çıxdı. Bütün uşaqlara salam verdikdən sonra, məni bir ehtiyac üçün göndərdi. İşimi bitirib Əfəndimizə vəziyyəti bildirdikdən sonra evimizə getdim. Geç qaldığım üçün nigaran qalan anama son anda Rəsulullah Əfəndimizin bir vəzifə verdiyini söylədim.
Anam:
"-Nədir o iş?"- deyə soruşduqda:
"-Söyləyəməm, Peyğəmbərimizin sirridir" - deyə cavab verdim.
Bunun üzərinə anam, mənə:
"-Afərin. Peyğəmbərimizin sirrini qoru, kimsəyə söyləmə!" - dedi.
O gündən bu günə, Peyğəmbərimizin bu sirrini heç kimə demədim. Sabitin marağını fərq edən Ənəs bin Malik ona:
"-Bilirsənmi Sabit, bu sirri birinə söyləyəcək olsaydım, sənə söyləyərdim" - dedi, lakin ona da söyləmədi. (Müslim, Fezailü's-Səhabə, 145, 146)

OXŞAR XƏBƏRLƏR