“Peyğəmbər özü də Novruz bayramını qeyd edirdi” – İlahiyyatçı

“Peyğəmbər özü də Novruz bayramını qeyd edirdi” – İlahiyyatçı
İlahiyyatçı Hacı Şahin Həsənli İslam dininin Novruz bayramına münasibətindən danışıb.
 
"Novruz bayramı İslam dini ilə , baharın gəlişi ilə əlaqəli bir bayramdır. İslam dini yayıldığı ərazilərdə müsəlman xalqların mini mədəniyyətinə hörmətlə yanaşır. İslamın dünyada rahat yayılmasının səbəblərindən biri də budur ki, İslam dini yayıldığı ərazilərdə yerli mənədiyyətlərin sıradan çıxarılmasına xidmət etmir. Xalqların mədəniyyətlərini qəbul edir. Ona görə də, İslam dinin yayıldığı ərazilərdə Novruz bayramı qeyd olunur. Hətta, bir çox hədis var ki, Məhəmməd Peyğəmbər və onun tərəfdaşları Novruz bayramı haqqında müsbət fikirlər səsləndiriblər”. 

Bunu İnterpress.az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli bildirib. İlahiyyatçı qeyd edib ki, dini mətnlərdə əlimizə çatan hədislərə görə, İslam Peyğəmbərinin və onun yaxınlarının Novruz bayramına münasibət yanaşdığı qeyd olunub: "Yəni, bu bayram özü özlüyündə baharın gəlişi ilə təbiətin oyanmasını simvolizə edir. Qurani-Kərimdə baharın gəlişi Qiyamətin bir nişanəsi olaraq təqdim edilir. Yəni, necə Qiyamət günü insanlar öldükdən sonra yenidən diriləcək, eləcə də, ölmüş təbiət baharla dirilir. Bahar diriliyin simvolu, başlanğıcın tərənnümdür. Bütün bunlara görə, İslam dini Novruz bayramına müsbət yanaşır”. 

Hacı Şahin Həsənli Novruz bayramına qarşı çıxanları qınayıb: "Təəsüflər olsun ki, bu gün dünyada bəzi cərəyanlar var ki, bu bayramı küfr adlandırır. Dinə zidd olduğunu iddia edir. Bu, belə deyil, dinimiz bu bayrama müsbət münasibət sərgiləyir. Təbii ki, ola bilər bayramda ağıla və məntiqə uyğun olmayan adətlər icra olunsun. Amma bu, o demək deyil ki, problem bayramın özündədir”. 

"Dini dəyərləri milli dəyərlərə qarşı qoymaq yanlış bir hərəkətdir”

O, həmçinin, Novruz bayramının atəştpərəstliklə heç bir şəkilə əlaqəli olmadığını vurğulayıb: "Ümumiyyətlə, Novruz bayramının atəşpərəstliklə bağlı olması bir qədər sual altındadır. Bunu tədqiqatçılar da bildirib ki, hələ də, Novruz bayramının kökükün hardan qaynaqlanması bilnmir. Mən hətta belə bir fikir irəli sürə bilərəm ki, Novruz bayramı hansısa bir peyğəmbərin təlimlərindən biri olub. Ona görə də, bu bayramı atəşpərəstliklə əlaqələndirmək qətiyyən düzgün deyil. Səməninin özü də atəşpərətslik simvolu sayıla bilməz. Od qalanmasına gəlincə isə, bayram qeyd edənlər oda etiqad bəsləmək üçün qalamırlar. Sadəcə, əyləncə xatirinə bu adəti icra edirlər. Əlbəttə ki, bir insan oda etiqad bəsləsə, bu, bayram olmasa belə, islam dini buna mənfi münasibət göstərir”. 

İlahiyyatçının sözlərinə görə, Novruz bayramı Azərbaycan xalqının qədim bir mədəniyyətə sahib olduğunu göstərir: "İnsanlar bayram günlərində qohum-əqrəbalarını ziyarət edirlər, təmizlik işləri görürlər, süfrə bəzədilir, dünyasını dəyişmiş şəxslər yad edilir. Bütün bunlar da İslam dininin bəyəndiyi əməllərdir. Eyni zamanda, Novruz bayramı Azərbaycan xalqının qədim bir mədəniyyətə sahib olduğunu göstərir. Ümumiyyətlə, dini dəyərləri milli dəyərlərə qarşı qoymaq yanlış bir hərəkətdir. Deyərdim ki, təhlükəli bir addımdır. Din istənilən xalqın milli adət-ənənələrinə hörmətlə yanaşır. Düzdür, təkallahlığa zidd olan məsələləri İslam dini qəbul etmir”. 

"İslam Peyğəmbəri də Novruz bayramını qeyd edib”

Hacı Şahin Həsənli İslam Peyğəmbərinin də bu bayramı qeyd etməsindən danışıb: "Novruz bayramı günü Peyğəmbəri təbrik edəndə deyiblər ki, Novruz bayramınız mübarək olsun. Peyğəmbər də cavab olaraq bildirib ki, kaş, hər günümüz bayram olsun. Peyğəmbərə və onun ailəsinə bayram günü hədiyyələr gətirəndə onlar bu bayram paylarını qəbul edib, müsbət yanaşıblar”. 

İlahiyyatçı, həmçinin, özü də ailəsi ilə birlikdə Novruz bayramının adət-ənənələrinə riayət etdiyini vurğulayıb: "Mən özüm də Novruz bayramını xalqımızın qeyd etdiyi kimi keçirirəm. Dostları, qohumları ziyarət edirik. Bayram süfrələri açırıq. Dünyadan köçmüş insanların məzarlarını ziyarət edirik. Yəni, hamı necə, biz də elə ənənəvi şəkildə bayram mərasimlərini qeyd edirik”. 
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...